Sosial 

Dövlət Xidməti: Əmək müqaviləsini birtərəfli dəyişən işəgötürən məsuliyyətə cəlb olunacaq

“Yeni əmək müqaviləsi bağlanmadan müddətsiz müqavilə ilə işləyən işçinin müqaviləsi onun rəsmi icazəsi olmadan dəyişdirilə bilməz”.

ARANTV.AZ xəbər verir ki, bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O bildirib ki, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı ilə edilməlidir: “Qarşılıqlı razılıq olmadan edilmiş dəyişikliyin heç bir hüquqi qüvvəsi yoxdur. Tərəflər qarşılıqlı razılıqla müqaviləyə dəyişiklik etdikdən sonra bu, qüvvəyə minə bilər. İşçi ilə razılaşdırılmadan əmək müqaviləsinə edilmiş dəyişiklik aşkar olunarsa, bu halda işçi bizə müraciət etməlidir. Nöqsan aşkar olunacağı təqdirdə işəgötürən məsuliyyətə cəlb olunacaq”.

Daha çox xəbərlər