Dünya 

Argentinanı meşə yanğınları bürüyüb – VİDEO

Argentinanın Korrientes əyalətində davam edən meşə yanğını 335 min hektar ərazini külə çevirib.

Artıq bir həftədən çoxdur davam edən meşə yanğını ilə mübarizəyə onlarla yanğınsöndürən texnika, yüzlərlə yanğınsöndürən briqadalar cəlb edilib.

Əyalətin qubernatoru Qustavo Valdes açıqlamasında vəziyyətin kritik olduğunu, bütün hökumət qurumlarının yanğınla mübarizəyə cəlb edildiyini söyləyib.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)

Daha çox xəbərlər