Cəmiyyət 

İcra məmurlarının tələblərini yerinə yetirməyən 3300 şəxs həbs edilib

İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5.700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib.

ARANTV.AZ xəbər verir ki,  bu barədə 2021-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, o cümlədən 3.300-dən çox nəfər inzibati qaydada həbs olunub: “Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2.600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb”.

Daha çox xəbərlər