Ötən il fiziki və hüquqi şəxslərə vurulmuş 2,6 milyon manat ziyan ödətdirilib
Ötən il məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 540-dək cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.
Bildirilib ki, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 2,6 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.
Ötən il pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.Qeyd edilib ki, 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. 3 mindən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9 100 hektar torpaq sahəsi geri qaytarılıb.

