Azərbaycanda vətəndaş məmnunluğu yüksək səviyyədədir
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev gənclərin doğru yola yönəlməsi, təhsilə, sağlamlığa önəm verməsi üçün var gücü ilə çalışır. Daim vətəndaşları pis vərdişlərdən siqaretdən, alkoqol içkilərdən, narkotik vasitələrdən uzaq olmağa səsləyən Prezident İlham Əliyev, xalqa göstərdiyi bu qayğının, sevginin cavabını yüksək qayğı və sevgiylə daim almaqdadır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Dünyada yaşayan azərbaycanlılar bu qələbədən ikiqat qürur duydular. Artıq xaricdə yaşayan vətəndaşlarımız ermənilərlə üzləşən zaman, başı aşağı yox, başı uca gəzirlər. Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində tarixi ədalət bərpa olunmuşdur, bu qələbə haqqında əsrlər boyu danışılacaq.
Prezident öz adını dünya hərb tarixinə əbədi olaraq həkk etmişdir. Tarix, xalq, millət heç zaman Prezident İlham Əliyevin Azərbaycan dövləti üçün etdiklərini unutmayacaqdır. Müzəffər Prezident dünya azərbaycanlıların yanındadır, onlara dəstəkdir və dayaqdır, dəfələrlə Azərbaycan vətəndaşı olmayan xaricdə yaşayan Azərbaycanlılar üçün vacib, faydalı addımlar atmışdır.
Bu gün Azərbaycanda olan vətəndaş məmnunluğu yüksək səviyyədədir. Azərbaycan xalqının iqtidara olan bağlılığı, sevgisi, sədaqəti cənab Prezidentin şəffaf, dürüst və mərd-mərdanə siyasətinin nəticəsidir. Ölkədə inkişaf, görülən işlər göz önündədir.
Bu inkişafın əsası Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin tərəfindən həyata keçirilən siyasət ölkəmizin daha da güclənır, inkişaf edir. Xalq birmənalı şəkildə Prezidenti dəstəkləyir.
Mircalal Mehdiyev,
Lənkəran rayonu, Moğonojba kənd sakini

