Siyasət 

Ermənistan Pakistanla yaxınlaşmağa can atır – Türkiyə ilə əlaqələr düzələn kimi…

İrəvanda İslamabadla diplomatik əlaqələrin qurulması çağırışları səslənir, ekspertlərdən fərqli baxış

Pakistan və Ermənistan arasında hələ diplomatik əlaqələrin qurulmadığı məlumdur. Səbəb də Ermənistanın Azərbaycana ərazilərini işğal etməsi idi. Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir və üstəlik qondarma erməni soyqırımını da tanımır.

İslamabad Qarabağ müharibəsi zamanı və sonrası da Azərbaycanı dəstəkləyən ölkələrdəndir. Ermənistan isə Hindistanla dost münasibətlərə sahibdir. Üstəlik münaqişəli bölgə olan Kəşmiri Hindistanın ərazisi hesab edir. Ona görə də Pakistan dünyada yeganə dövlətdir ki, Ermənistanın müstəqilliyini tanımır.

“Yeni Müsavat” yazır ki, bununla belə, son vaxtlar Ermənistanda ekspert səviyyəsində Pakistanla diplomatik münasibətlərin qurulmasının vacibliyi barədə çağırışlar səslənməyə başlayıb. Bəzi siyasi təhlilçilərin fikrincə, Türkiyə-Ermənistan əlaqələri normallaşarsa, Pakistan da istiləşməyə gedə bilər. Lakin İrəvanda rəsmi şəkildə bunu dilə gətirən olmayıb, habelə, İslamabad da hər hansı fikir bildirməyib. Bunun üçün ilk növbədə Pakistan Ermənistanın müstəqilliyini tanımalıdır.

Lakin hazırda buna bənzər proses İsraillə ərəb ölkələri arasına yaşanır. Yəhudi dövləti Birləşmiş Ərəb Əmirliyi ilə diplomatik münasibətlər qurub, oxşar əlaqələr Misir, Bəhreynlə də bərpa olunub, davamının gələcəyi gözlənilir. Bu mənada Türkiyə-Ermənistan yaxınlaşması Pakistanla da əlaqələrə müəyyən təsir də bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Kəşmir məsələsində Hindistanın mövqeyini dəstəklədiklərini və dəstəkləməyə davam edəcəklərini açıqlayıb. “Belə bəyanatın fonunda Hindistanı dəstəkləyən bir ölkə ilə necə münasibət qurmaq olar”, – Pakistan XİN-dəki mənbə bildirib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun üzvüdür. Bu Təmas Qrupunda 5 ölkə – Azərbaycan, Türkiyə, Pakistan, Niger və Səudiyyə Ərəbistanı təmsil olunur.

Yeri gəlmişkən, Pakistan və Ermənistan Xarici İşlər nazirliklərinin rəsmiləri arasında ilk təmaslar 2019-cu ilin mart ayının ortalarında olub. Belə ki, Pakistanın Xarici İşlər və Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyəti Ermənistana səfər edib və diplomatik əlaqələrin, həmçinin, hərbi əməkdaşlığın qurulmasına dair dialoqlar keçirilib. Yekun qərarın verilməsi üçün bu iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin 2020-ci ilin birinci rübündə Londonda bir araya gəlməsi planlaşdırılıb. Lakin faktiki irəliləyiş əldə olunmayıb.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Siyasi ekspert Əhəd Məmmədli “Yeni Müsavat” bildirdi ki, diplomatik əlaqələr qurula bilər: “Pakistan həmişə Azərbaycanın yanında olub. Lakin Türkiyə-Ermənistan-Azərbaycan əlaqələri normallaşsa, bu da baş tuta bilər. Sadəcə, ərazi bütövlüyümüz tanınmalıdır, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilməlidir, o zaman İslamabad da İrəvanla yaxınlaşa bilər”.

Ekspert qeyd etdi ki, Pakistan böyük ölkədir, Ermənistan ondan uzaqdır, sadəcə, protokol qaydasında münasibətlər qurulması mümkündür, geniş əməkdaşlıq əlaqələri gözləmir: “Çin, Hindistanın həm Bakı, həm İrəvanla əlaqələrinə baxsaq, Pakistanla da münasibətlərin qurulması istisna deyil. Amma sülh istiqamətində addımlar atılsa, faciəvi bir şey yoxdur, Pakistan-Ermənistan əlaqə qura bilər, bunu da təbii qarşılamalıyıq”.

Türkiyənin bölgədə aparıcı faktora çevrilməsi rəsmi Tehranı narahat edir" - ZÜRİYƏ  QARAYEVA

Siyasi şərhi Züriyə Qarayevanın “Yeni Müsavat”a bildirdiyinə görə, Pakistan senatı Xocalı faciəsini yekdilliklə genosid kimi tanıyan qətnamə qəbul edib: “Pakistan bunu edən yeganə müsəlman ölkəsidir. Hər iki tərəfin ortaq problemi də var. Ermənistan Azərbaycan, Hindistan isə Pakistan ərazisini işğal edib. Düşünmürəm ki, Pakistanın Ermənistanla diplomatik əlaqələrin qurulması baxımından yanaşması Türkiyə ilə eynidir. Mütləq şəkildə Azərbaycanın suverenlik maraqları nəzərə alınmaqla Pakistan dövlətinin bu əlaqələrə razılıq verə biləcəyini düşünürəm”.

Daha çox xəbərlər