Gəncədə kişini elektrik cərəyanı vurdu

Gəncədə kişini elektrik cərəyanı vurdu

Gəncə şəhərində 30 yaşlı şəxs ölüb.

ARANTV.AZ-ın məlumatına görə, 1992-cı il təvəllüdlü, Gəncə şəhər sakini  Röyal Əliyev şəhərin Abbas Səhhət küçəsində işıq dirəyində baş vermiş nasazlığı aradan qaldıran zaman ehtiyatsızlıqdan yüksək gərginlikli cərəyanın vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.