Hadisə 

Bakıda avtomobil qadını vurub

Bakıda 66 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.

ARANTV.AZ  “report”-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

“Chevrolet” markalı avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Sədət Abuseyid qızı Mustafayevanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər