Gündəm 

14 fevral: Valentini Bakıda kim SEVİR, kim sevmir? Heyrətamiz cavablar! VİDEOSORĞU

Fevralın 14-ü bir sıra ölkələrdə “Sevgililər günü” kimi qeyd olunacaq. Azərbaycanda da 14 fevralı qeyd edənlər var. Lakin bəziləri bu günün bizim mənəvi dəyərlərə uyğun olmadığını, əsasən xristianlıq dünyasına aid olduğunu deyir, bəziləri  bunu dünya imperializminin təbliğatı, insanların bu cür təqvimlərdən istifadə edərək, soyulması kimi izah edirlər. Əlbəttə ki, bu fikirlərlə razılaşmayanlar da kifayət qədərdir.

Xatırladaq ki, bir neçə il öncə “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı sevgililər gününün 30 iyuna, 20 Yanvar şəhidləri İlhamla Fərizənin toy günü tarixinə keçirilməsini təklif etmişdi. Amma nədənsə bu təklif geniş ictimai pasport qazanmadı.

Bəs Bakı sakinləri necə düşünürlər – 14 fevralın “Sevgililər günü” kimi qeyd edilməsi adət-ənənələrimizə, məişətimizə gətirilməsi doğrudurmu?

Musavat TV-nin əməkdaşları bu mövzuda paytaxt sakinləri arasında sorğu keçiriblər. Həmin videosorğunu təqdim edirik:

 

Daha çox xəbərlər