2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən 71 cinayət işinin istintaqı tamamlanıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Bu günün rəqəmi isə 71-dir.
Belə ki, 2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən 71 cinayət işinin istintaqı tamamlanmışdır.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

