Cəmiyyət 

Bu MÖCÜZƏ Azərbaycandadır: Qayanın çölündə qış, içində yay – VİDEO

Bir çoxarı gəzməyə xarici ölkələrə üz tuturlar, halbuki doğma Azərbaycanımızda gəzib-görməli yerlər çoxdur.

Onlardan biri Qaxdadır. El arasında “İlısu hamamı” kimi tanınan məkanda bayırda qış soyuğu olduğu halda, qayanın içərisində 30-40 dərəcəlik isti su olur.

Turistlərin dediyinə görə, həmin məkandakı müalicəvi suda istrahət etməyin yeri bir başqadır.

ARANTV.AZ oxuculara Qaxdakı bu möcüzəvi yerin videosunu təqdim edir:

Qeyd edək ki, təbiətin bəxş etdiyi unikal imkanlar və tarixi abidələr Qax rayonunu ekoturizm üçün əlverişli məkana çevirib. Rayonda müalicə, istirahət turizmi daha geniş yayılıb.

Termal və müalicəvi bulaqların yerləşdiyi “İlisu hamamı” Böyük Qafqazın tam ətəyində, iki tərəfi sıldırım qayalıqların arasında yerləşir. Ağçaydan başlayan yol “Hamam” çayın vadisi ilə davam edir. Ziqzaqlı çığıra bənzər yollar, bəzən də qaya daşlarının kənarı ilə keçidlər təhlükəlidir.

Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən “Hamam” dərə vadisinə getmək üçün maşınla 5 km, piyada isə 2 km yol qət etmək lazımdır.

İlisu termal suları ilk dəfə 1866-cı ildə tədqiq olunub. Məlum olub ki, hamam daxilində yerdən çıxan termal, kükürdlü isti su çox böyük müalicəvi əhəmiyyətə malikdir. Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınıb və vanna qəbul etmək üçün istifadə olunur.
Qayaların içində ovularaq hazırlanan hamamlarda suyun temperaturu 38 dərəcədir. Bələdçilərin sözlərinə görə hər gün 3 dəfə, 15 dəqiqə kükürdlü suda yatmaqla revmatizm və digər xəstəlikləri müalicə etmək mümkündür.

İlisu Dövlət Təbiət Qoruğu bazasında yeni layihələrin icrası, termal bulaqlarla bağlı xüsusi işlərin görülməsi nəzərdə tutulur.

Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının yaradılmasını zəruri edir.

Daha çox xəbərlər