Müdafiə Nazirliyində 10 milyonluq korrupsiya nədən xəbər verir? – Razi Nurullayev “Canlı debat”da
DTX-nın Müdafiə Nazirliyində keçirdiyi əməliyyatın gerçək anlamı. Ordu mafioz qruplardan, xəyanətkarlardan təmizlənir. Həbs edilən 4 zabitin sırasına yeniləri əlavə olunacaqmı? Bu, bir maliyyə yeyintisidirmi, yoxsa arxasında başqa səbəblər yatır?
Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi? Onun son özünümüdafiə və hücum açıqlaması sərtliyi və ritorikası ilə AXCP-nin, Müsavatın, digər radikal siyasətçilərin, jurnalistlərin açıqlamalarından fərqlənmir. Bəs radikal müxalifət R.Mehdiyevə hansı münasibəti göstərir? Onların birləşməsi mümkündürmü?
İllər öncədən Mehdiyevin müəyyən kanallarla radikallarla əlaqəsinin olmasına dair söyləntilər vardı. Bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Fəqət onun bu gün hakimiyyətə qarşı ən radikal siyasi fiqura çevrildiyi göz önündədir.
Cavanşir Feyziyevlə mətbuatın davası nə yerdə? Deputat təhqir etdiyi jurnalistlərdən üzr istəyəcəkmi? Siyasi fəal Bəxtiyar Hacıyev özünün facebook səhifəsində bildirib ki, Feyziyevi xüsusi ittiham qaydasında məhkəmə verib. Başqaları da deputatı məhkəməyə verəcəkmi?
Bu və gündəmdəki bir çox mövzuları bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə biləcəksiz. Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev ilə müzakirə-debatda gündəmdəki bir çox mövzular müzakirə olunacaq. Müzakirədə tamaşaçılar da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com

