Cəmiyyət 

Deputatlar ilk məhəbbətlərindən DANIŞDI: “Mən ilk sevdiyim qadını hər gün evdə..”

14 fevral dünya tarixində Sevgililər Günü kimi qeyd edilir.

Bu tarixlə bağlı Anews.az millət vəkillərinə üz tutaraq “ilk sevdiyiniz xanımı necə xatırlayırsınız?” sualını ünvanlayıb. Onlardan bəziləri suala cavab verməkdən imtina edib, bəziləri özünü ağsaqqal hesab etdiyi üçün cavab verməyi özünə ayıb bilib, bəziləri isə hələ də sevdiklərini etiraf edib.

Həmin sorğunu təqdim edirik:

Deputat Aydın Hüseynov: “Mənim üçün ilk sevgi ana və vətəndən başlayır. Qadına qarşı olan sevgiyə gəldikdə isə mənim ilk sevdiyim qadın evimizdədir. Düşünürəm ki, əksər kişilərdə bu belədir”.

Deputat Hikmət Babaoğlu: “Mən ilk sevdiyim qadını hər gün evdə gördüyümə görə, elə olduğu kimi də xatırlayıram”.

Deputat Tahir Kərimli: “Elə ömründə bir dəfə sevmişəm, o da indiki həyat yoldaşımdır. Bu yaşımda ona həsr etdiyim şeirlər, onlarla çəkdiyim rəsmlər buna əyani sübutdür”.

Daha çox xəbərlər