Gündəm 

“Aran” internet televiziyasının 7 yaşı qeyd edilib

“Aran” internet televiziyasının 7 -ci yaşı yaradıcı kollektivin iştirakı ilə qeyd edilib.

ARANTV.AZ xəbər verir ki, ad günü tədbiri ilə bağlı Arantv-nin ofisində tədbir təşkil edilib. Arantv-nin layihə rəhbəri Musa Muradlı televiziyanın rəhbərliyini və kollektivini təbrik edərək sözü qonaqlara verib.

Qonaq Bərdə qəzetinin baş redaktoru Salman İsmayılov Arantv-ni izlədiyini bildirmiş , əldə edilən uğurları yüksək qiymətləndirmişdır.

Şair Mətləb Miskin Arantv-yə həsr etdiyi şeri oxumuşdur.

Arantv-nin təsisçisi Vüsal Bayramov və televiziyanın direktoru Rafiq Bayramov çıxış edərək deyilən xoş sözlərə görə qonaqlara minnətdarlıqlarını bildirmişlər.

Media1.az- Musa Muradlı

Daha çox xəbərlər