İnformatika fənni üzrə işçi qrupun iclası keçirilib
Dövlət İmtahan Mərkəzində 14 fevral 2022-ci il tarixində informatika fənni üzrə işçi qrupun növbəti iclası keçirilib
14.02.22 18:14
İclasda gündəlik məsələ hazırlanması nəzərdə tutulan “İnformatika” vəsaitinin “İnformasiya prosesləri” mövzusunun müzakirəsi olub.
Görüşdə həm nəzəri hissənin, həm də həmin hissəyə aid olan “Müstəqil qiymətləndirmə tapşırıqları”nın və “İnformasiya və informasiya prosesləri” bölməsinə aid “Ümumiləşdirici tapşırıqlar”ın müzakirəsi aparılıb.
Müzakirə zamanı nəzəri materialın müvafiq fənn kurikulumunun təlim nəticələrinə və dərsliklərə uyğunluğuna xüsusi diqqət yetirilib, bildirilmiş fikir və təkliflər nəzərə alınıb.
İşçi qrupun növbəti iclası 21 fevral 2022-ci il tarixində olacaq.

