Qanunsuz miqrasiya ilə bağlı 10-a yaxın şəxs axtarışa verilib
Qanunsuz miqrasiya ilə məşğul olmaqda təqsirləndirilən 7 nəfər istintaqa cəlb edilib.
ARANTV.AZ xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, qeyd olunan cinayət işləri Baş Prokurorluğun İstintaq idarəsində araşdırılır: “Bu cür qanunsuz miqrasiyanın təşkili və saxta sənədlərlə vizaların rəsmiləşdirilməsi faktı ilə bağlı cinayət işləri var. Bu işlər üzrə 7 nəfər barəsində cinayət işi başlanıb və 10-a yaxın şəxs isə axtarışa verilib. Axtarışlar zamanı müxtəlif dövlət qurumlarına aid 97 saxta möhür aşkarlanıb”.
N. Əvəzov, həmçinin Avropadan Azərbaycana qaytarılan şəxslərlə bağlı danışıb. O bildirib ki, xarici ölkələrdən qaytarılan şəxslərin hər birinin dindirilməsi prokurorluq tərəfindən təmin edilib.

