Azərbaycanda süni mayalanma dövlət vəsaiti hesabına olacaq
“Ailələrə süni mayalanma ilə bağlı dövlət hesabına bir dəfə şans veriləcək”.
ARANTV.AZ-ın məlumatına əsasən, bunu parlamentin plenar iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
“Sonsuzluq probleminin icbari tibbi sığorta hesabına həll edilməsinə baxılması gözlənilir”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, növbəti ildən onkoloji və oftalmoloji xəstəliklər də icbari tibbi sığorta çərçivəsində qarşılanacaq.
Əhliman Əmiraslanov qeyd edib ki, bu istiqamətdə müzakirələr aparılır.

