Cəbhədən Xəbər 

DSX hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fevralın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

ARANTV.AZ xəbər verir ki,  qurumdan verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoq­ramı şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edənlər gənc əsgərlərin DSX heyəti sırasına daxil olduqları günün Azərbaycan Respubli­kasının Prezi­denti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində ölkəmizin ərazi bütöv­lüyünün bərpa olunmasından sonra sərhəd mühafizəsi tarixinin şanlı döv­rünə təsa­düf etdiyini vurğulanıblar.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqa­mə­tin­də işlərin sürətlə davam etdirildiyi, işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüşmüş sərhədçilərin bu torpaqlarımızda dövlət sərhədlərinin toxunul­mazlığını, milli maraqlarımızın müdafiəsini ən yüksək səviyyədə təmin etdikləri bildirilib.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiy­yətlər arzulan­ıb.

Karantin və sosial məsafə qaydalarına əməl edilməklə təşkil olunan mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Daha çox xəbərlər