Gündəm 

Avropa İttifaqı ötən il Azərbaycanın əsas ticarət tərəfdaşı olub – RƏSMİ

“Avropa İttifaqı (Aİ) ötən ildə 15,2 milyard ABŞ dolları dəyərində dövriyyə ilə Azərbaycanın əsas ticarət tərəfdaşı olub”.

ARANTV.AZ  xəbər verir ki, bunu Aİ-nın və Dünya Bankının (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalanması mərasimində iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev bildirib.

O, həmçinin deyib ki, hazırda Azərbaycanda Aİ-dan olan 1 700-dən çox şirkət fəaliyyət göstərir.

“Dünya Bankı ilə də sıx əməkdaşlığımız var. Bu vaxta qədər bu qurumdan 52 layihə üzrə 4 milyard dollardan artıq dövlət zəmanətli investisiya cəlb etmişik”, – nazir müavini əlavə edib.

Daha çox xəbərlər