Təhsil 

3000-ə yaxın müəllim müddətli əsaslarla işə qəbul edilib

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin daimiləşmə müsabiqəsi ilə bağlı məsələyə aydınlıq gətirib.

ARANTV.AZ  xəbər verir ki,  “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə Eşqi Bağırov deyib ki, ötən ilin yayında müəllimlərin işə qəbul müsabiqəsinin əsas turundan sonra il ərzində yaranan yerlərə 3000-ə yaxın müəllim müddətli əsaslarla işə qəbul edilib.

“Bu ilin yanvarın 31-nə qədər müddətli əsaslarla işə qəbul edilən müəllimlər üçün daimiləşmə mart-aprel ayında müsahibə formatında keçiriləcək. Yanvarın 31-dən sonra müddətli əsaslarla işə qəbul olunan müəllimlərin daimiləşməsi üçün MİQ müsabiqəsi vasitəsilə təşkil ediləcək” – Nazirlik rəsmisi deyib.

E. Bağırov əlavə edib ki, müddətli müqavilə ilə çalışan müəllimlərin daimiləşməsi üçün müsabiqə bu il sonuncu dəfə keçiriləcək. Növbəti ildən isə həmin kateqoriyadan olan müəllimlər daimiləşmə üçün MİQ imtahanında iştirak edəcəklər.

Daha çox xəbərlər