Aİ minaların təmizlənməsində Azərbaycana dəstəyini davam etdirəcək – Peter Mixalko
Avropa İttifaqı (Aİ) bugünədək Azərbaycana azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün 2,5 milyon avro vəsait ayırıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
O bildirib ki, Aİ minaların təmizlənməsi sahəsində Azərbaycan hökumətinə dəstəyini davam etdirir.
“Bundan başqa, biz əhlainin mina təhlükəsizliyi barədə məlumatlandırılmasında da Azərbaycana dəstək göstəririk”, – deyə o bildirib.
P.Mixalkonun sözlərinə görə, Aİ nümayəndəliyi əlavə maliyyələşmənin təmin olunması üçün Azərbaycan hökuməti ilə işləyir.

