“Bu, regionda kommunikasiyaların açılmasına yol açacaq”
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionda kommunikasiyaların açılmasına kömək edə bilər.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.
“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Bakı ilə Yerevan arasında münasibətlərin də qurulmasına kömək edəcək. Bu, regionda kommunikasiyaların açılmasına yol açacaq”, – deyə o bildirib.

