Ramazan ayı ərəfəsində toyların sayı artıb? – VİDEO
Rəsmi statistikaya əsasən pandemiya dövründə ölkəmizdə doğum və nikah sayı azalıb, boşanmalar isə artıb.
Bunun əsas səbəblərindən biri isə xüsusi karantin rejimi vaxtı toyların qadağan edilməsi göstərilir.
Artıq xeyli müddətdir ki, müəyyən qadağa və qaydalarla bu cür tədbirlərə icazə verilib. Lakin toy edənlərin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə çox azdır.
Paytaxtda yerləşən şadlıq saraylarının birinin inzibatçısı Azər Məmmədov bildirib ki, toyların sayında azalmaya səbəb qoyulan məhdudiyyətlərdir.
“Müştərilərin çoxu adam sayı az olduğu üçün toy etmək istəmir. Elə müştərilər var ki onların qonaqlarının sayı 300-400 nəfər olduğu üçün deyirlər, bizə indi toy etmək sərf etmir” – deyə, o qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:

