Cəbhədən Xəbər 

Bakıda itkin düşmüş kursant tapılıb

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı, fevralın 13-də itkin düşmüş Hüseynli Vüsal Elşən oğlu tapılıb.

Vüsal Hüseynli hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Müdafiə Nazirliyindən “İki sahil”ə xəbəri təsdiqləyiblər.

Xatırladaq ki, V.Hüseynli 3 gün əvvəl akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya gəlmişdi. Həmin gündən ondan xəbər yox idi. Onun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirirdi.

 

Daha çox xəbərlər