Dünya 

Ukraynada altı il əvvəl itkin düşən qadın evinin eyvanında tapıldı

Ukraynada altı il itkin hesab olunan qadın eyvanda beton qutuda tapılıb.

Hadisə Kiyev şəhərinin Solomenski rayonunda olub.

Belə ki, qızı anasının eyvanını təmizləmək istəyib. Bu zaman orada zibilin altında betonla dolu uzun bir qutu görüb. Ondan qəribə qoxu gəlib. Qız dərhal polisə xəbər verib.

O, itkin anasının qalıqlarının qutunun içərisində ola biləcəyindən şübhələnib.

Hadisə yerinə gələn xilasedicilər və polis əməkdaşları qutunun içərisindən Oksana Sivakın meyitinin qalıqlarını aşkar ediblər.

Onun ölüm səbəbi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək. Faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başladılıb.

Oksana Sivak yoxa çıxanda 43 yaşında olub. Onun yanvarın 2-də evdən çıxaraq yoxa çıxdığı ehtimal edilirdi. Qadının 2016-cı ilin oktyabrında itkin düşdüyü bildirilir.

Mənbə: Mk.ru

Daha çox xəbərlər