Cəmiyyət 

Azərbaycanda orqan transplantasiyasına dair etik mexanizmlər hazırlanıb

“Dünyada orqan çatışmazlığı transplantasiyanın inkişafı ilə birlikdə davam etməkdədir”.

ARANTV.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Qaraciyər transplantasiyasında anesteziya və reanimasiyaya müasir yanaşma-yeni texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, orqan çatışmazlığı, orqan saxlama problemi həll olunmadıqca bu xəstəlikdən əziyyət çəkənlərin də problemi davam edəcək:

“Yanvarın 1-dən qüvvəyə minən yeni qanunla Koordinasiya Mərkəzi qurulub, artıq etik mexanizmlər hazırlanıb. Qısa müddətdə nəticəsini görəcəyik. Bu il orqan təmin edilməsində yeni bir yola nail olacağıq. Bu, meyitdən orqan köçürülməsidir”.

Daha çox xəbərlər