TƏBİB-in Aparat rəhbəri işdən çıxarılıb, vəzifə ləğv edilib
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Aparat rəhbəri vəzifəsi ləğv edilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.
Əmrə əsasən TƏBİB-də struktur dəyişikliyi edilib. TƏBİB-in Aparat rəhbəri vəzifəsində çalışan Gündüz Əbdülov qurumda başqa vəzifəyə təyin edilməyib.

