Cəmiyyət 

#prokurorluqdanizah – “Vətəndaşlar videoqəbul formatında qəbul olunmaq üçün necə müraciət edə bilərlər?”

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir. Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Mələk Əliyeva son  zamanlar aktuallığı ilə seçilən “Vətəndaşlar videoqəbul formatında qəbul olunmaq üçün necə müraciət edə bilərlər?”, “Vətəndaşlar neçə gün müddətində vieoqəbulun vaxtı və yeri barədə məlumat alırlar?”, “Videoqəbullar nə formada həyata keçirilir?”, “Videoqəbul zamanı konfidensiallıq qorunurmu?” və “Videoqəbulların videoyazısı harada saxlanılır?” sualları cavablandırıb. Video-izahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.

Daha çox xəbərlər