ABŞ-ın Azərbaycandakı Səfirliyi yeni layihə haqda açıqlama verdi – FOTO
ABŞ-ın Azərbaycandakı Səfirliyi yeni “yaşıl” layihəsini anons edib.
Bu barədə səfirliyin rəsmi “Facebook” hesabında paylaşım edilib.
“Siz yaşıl loqo üçün müxtəlif ideyalar təklif etdiniz, lakin heç kəs bunun ətraf mühiti qoruma təşəbbüsümüzlə bağlı olduğunu təxmin etmədi. Odur ki, yaxın günlərdə yeni elektromobilimizdə məşhur Azərbaycan müğənnisi ilə xüsusi “carpool” karaoke stilində videonu izləyə biləcəksiniz!”, – deyə paylaşımda qeyd edilib.

