Cəmiyyət 

AMEA-da prezident seçkilərinin vaxtı müəyyənləşib

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

ARANTV.AZ  xəbər verir ki,  Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.

Fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq Vesti.az saytı yazıb.

Daha çox xəbərlər