Dünya 

Praqada xəstəxanada silahlı insident: iki pasiyent güllələndi

Çexiyada xəstəxanalardan birində silahlı insident olub. 

ARANTV.AZ Milli.Az -a istinadən xəbər verir ki, hadisə paytaxt Praqanın Vinohradı rayon xəstəxanasında qeydə alınıb.

Ötən gecə həmin tibb müəssisəsində müəlicə alan xəstələrdən biri naməlum səbəbdən palatada tapançadan atəş açaraq digər iki pasiyentə xəsarət yetirib. Hadisədən sonra palataya gələn növbətçi tibb bacıları həmin şəxsin əlindən tapançanı ala biliblər. Zərərçəkənlərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər