Gündəm 

Azərbaycan ötən ay 4 min tondan çox düyü idxal edib

Bu ilin yanvar ayı ərzində Azərbaycana 3 167,36 ABŞ dolları dəyərində 4 004,47 ton düyü idxal edilib.

ARANTV.AZ-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bir il öncəki göstərici ilə müqayisədə ötən il ölkəyə idxal edilən düyünün dəyəri 10,6%, həcmi isə 18% azalıb.

Qeyd edək ki, cari ilin yanvarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,32%-nə bərabər olub.

Daha çox xəbərlər