Cəmiyyət 

Politoloq: “Rusiya problemi qarşıdakı 10 il müddətinə uzatmaq istəyir” – VİDEO

Son günlər Rusiya və Ukrayna arasında yaranan gərginlik, daha doğrusu, Ukraynanın Rusiyadan hücum gözlədiyi ilə bağlı bəyanatlar verməsi gərginliyin ən yüksək həddə çatacağından xəbər verirdi.

Artıq bu gün Rusiya-Ukrayna sərhədində atəşkəs pozulub.

Son məlumata görə, Loqansk şəhərində mülki obyektlər atəşə tutulub.

Hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ukraynanın özü Rusiyanın bu hücumunun qarşısını almaq iqtidarında deyil.

“Lakin müharibənin alovlanmasına və dərinləşməsinə imkan verilməyəcək. Hesab edirəm ki, Rusiyanın bu addımı yalnız Ukraynanı sakitləşdirmək və iddiasında olduğu ərazilərdən əl çəkməsini təmin etmək üçündür” – deyə, ekspert bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Daha çox xəbərlər