Dünya 

NATO HƏRƏKƏTƏ KEÇDİ: Yeni döyüş qrupu bu ölkəyə YERLƏŞDİRİLİR

NATO-nun müdafiə nazirləri Rumıniyada alyansın yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, yeni variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, – o deyib. (kaim.az)

Daha çox xəbərlər