Hadisə 

Ələt-Astara magistralında dəhşətli qəza: 1 ölü, 3 yaralı

Ələt-Astara magistralında baş verə qəzada ölən və yaralılar var

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralın Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Sprinter” markalı avtomobil “Kamaz” markalı avtomobillə toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər