Gündəm 

Azad edilmiş ərazilərdə narçılığın bərpası planlaşdırılır

Azərbaycanda bu gün 22,7 min hektar ərazidə nar əkilir, eləcə də 18 faiz sahədə intensiv bağlar salınıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində narçılığı bərpa etmək planlaşdırılır.

“2021-ci ildə nar istehsalı 2016-cı illə müqayisədə 22 faiz artaraq 185 min tona çatıb. Bu müddət ərzində biz 25 min dollar məbləğində nar ixrac etmişik. Gələcəkdə nar ixracını məbləğ baxımından artırmaq planlaşdırılır”, – deyə o bildirib.

Daha çox xəbərlər