Cəmiyyət 

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayı açıqlanıb

“Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayı artıb”.

ARANTV.AZ xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən ilin sonunda ölkədə qeydiyyata alınan şəkərli diabetli uşaqların sayı 1856 idisə, hazırda bu say 2000-i keçib: “Həmin uşaqların 1100-ü Respublika Endokrinologiya Mərkəzində, qalanları isə rayon xəstəxanalarında qeydiyyatdadır. Həmin uşaqlar insulinlə təmin olunur”.

Daha çox xəbərlər