Cəmiyyət 

Valideyn-Müəllim Assosiasiyaları ilə bağlı hesabat təhlil ediləcək

“Yaxın həftələr ərzində Təhsil Nazirliyi yanında İctimai Şuranın iştirakı ilə məktəblərdəki Valideyn-Müəllim Assosiasiyaları və valideyn komitələrinin fəaliyyəti ilə bağlı hesabatlar Nazirliyə və ictimaiyyətə təqdim olunacaq”.

ARANTV.AZ xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, bu halda təhsildə gedən prosesləri daha yaxşı başa düşəcəklər.

Nazir deyib ki, bu gün keçirilən “Təhsilə ictimai baxış” silsiləsindən “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda təşkil olunan müzakirələrdə də bir sıra məsələlər, əsasən də Valideyn-Müəllim Assosiasiyaları və valideyn komitələrinin fəaliyyəti qiymətləndirilib:

“Ayrı-ayrılıqda fikirlər bildirilib. Amma ortada hesabatların, daha dərin təhlilə əsaslanan məlumatların olması bizim üçün çox vacibdir” – o əlavə edib.

Daha çox xəbərlər