Cəmiyyət 

Azərbaycanda zəlzələ olub

Lənkəranda zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 16:24-də Lənkəran stansiyasından 21 kilometr şimal-qərbdə Lənkəran rayonunda maqnitudası 3, dərinliyi 19 kilometr olan zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar hiss olunmayıb.

Daha çox xəbərlər