Dünya 

Türkiyədə təyyarə qəzası baş verib

Türkiyənin Bursa bölgəsinin Nilufər rayonunda təyyarə qəzası baş verib.

Qəza barədə ilkin məlumat yerli vaxtla saat 14:50-də (Bakı vaxtı ilə 15:50) daxil olub.

Hadisə yerinə dərhal polis, yanğınsöndürmə briqadaları, axtarış-xilasetmə qrupları cəlb edilib.

Qəza meşəlik ərazidə baş verib.

Hələlik ölən və xəsarət alanlar barədə heç bir məlumat verilməyib.

Məlumat: “Demirören Haber Ajansı” (DHA)

Daha çox xəbərlər