Braziliyada təbii fəlakət qurbanlarının sayı dayanmadan artır – YENİLƏNİB
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.
Yerli xilasetmə xidmətinin məlumatına görə, təxminən 116 nəfərin adı isə itkin düşənlərin siyahısındadır.
Xidmətdən bildirilib ki, həlak olanlardan 20-si azyaşlıdır.
Həmçinin, qeyd olunub ki, bu günə qədər dağıntılar altından 24 nəfər sağ çıxarılıb.
Mənbə: TASS
09:08
Braziliyanın Rio-de-Janeyro ştatının Petropolis şəhərində güclü yağışlar nəticəsində ölənlərin sayı 104-ə çatıb. Onlardan səkkizi uşaqdır.
Daha əvvəl 94 nəfərin öldüyü bildirilirdi. 50-dən çox ev dağılıb.
Bundan əvvəl mülki müdafiə xidmətlərinin 24 nəfəri xilas edə bildiyi barədə məlumat verilmişdi. 35 nəfər itkin düşüb.
Çərşənbə axşamı yağan güclü yağış torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.
Rio-de-Janeyro qubernatoru Klaudio Kastro bölgəyə yağan yağışın 1932-ci ildən bəri ən güclü yağış olduğunu deyib.
Mənbə: RİA Novosti

