Cəmiyyət 

Astarada sitrusçuluğa maraq hər il artır

Astara rayonunun iqlim şəraiti sitrusçuluğun inkişafı üçün çox əlverişlıdir. Həm də burada  kənd adamının  güzəranı bu sahənin inkişafı ilə  çox bağlıdır.  Hazırda rayonda ümumilikdə   4 min 816,6 hektar meyvə bağı mövcuddur. Onun 4 min 179,2 hektarını, yaxud 86,8 faizini sitrus və subtropik meyvə bağları təşkil edir. 2021-ci ildə isə 172,8 hektar yeni sitrus meyvə bağları salınıb.

Nümunəvi qulluq hesabına  astaralılar  həmin bağlardan  götürdükləri  məhsuldan  razı qalırlar. Ötən  ildə belə olmuşdur. Bağlardan  56 min 061,3 ton və ya 2020-ci ilə nisbətən 17 faiz çox ekoloji cəhətdən sağla və keyfiyyətli sitrus və subtropik meyvə məhsul yığılıb. Halal zəhmətin şirin bəhrəsi bağbanların  ürəyincədir.

İndi bazarlarda ən çox satılan Astaranın sitrus  meyvələridir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər