APİ-nin yeni prezidenti səlahiyyətlərinin icrasına başlayıb
Avrasiya Patent Təşkilatının (APT) Moskva şəhərindəki mənzil-qərargahında Avrasiya Patent İdarəsinin (APİ) yeni prezidenti Qriqori İvliyevin vəzifəsinin icrasına başlama mərasimi keçirilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, tədbir çərçivəsində sənədlərin yoxlanılması və işlərin qəbulu ilə bağlı zəruri prosedurlar həyata keçirilib və Q.İvliyev müvafiq aktları imzalayıb.
Mərasimin sonunda APİ-nin yeni prezidentinin qurumun struktur bölmələrinin rəhbərləri ilə işgüzar görüşü olub.
Qeyd edək ki, Q.İvliyevin APİ-nin prezidenti təyin olunması haqqında qərar APT-nin İnzibati Şurasının 2021-ci il avqustun 9-10-da keçirilmiş 38-ci iclasında qəbul edilib.

