Hava 

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Daha çox xəbərlər