Siyasət 

YAP Şəmkir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

18 fevral  2022- ci il tarixdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının növbəti hesabat-seçki yığıncağı Şəmkir Rayon İcra Hakimiyyəti Ərazi partiya təşkilatında keçirilib.

ARANTV.AZ xəbər verir ki, Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ərazi partiya təşkilalatının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzəsi dinlənilib. Hesabat məruzəsi ətrafında çıxış edənlər təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Şəmkir Rayon İcra Hakimiyyəti Ərazi partiya təşkilatına Rasim Mustafayev sədr, Tural Əliyev sədr müavini seçiliblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ərazi partiya təşkilatına yeni seçilən sədr və müavini təbrik edərək onlara uğurlar arzulayıb. Onları partiyanın fəaliyyətində aktiv iştirak etməyə çağırıb.

Daha çox xəbərlər