Hadisə 

Xaçmazda dəhşətli hadisə: Qadın su çəninə düşərək öldü

Xaçmazda qadın su çəninə düşərək ölüb.

“Report”un şimal bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha çox xəbərlər