YAP Lənkəran Rayon Təşkilatı Ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağlarını davam etdirir
18 Fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının Lənkəran rayon Mərkəzi Xəstəxanası, Lənkəran Dövlət Universiteti, 7 saylı məktəb, Xarici Dil Təmayüllü Gimnaziya,6 saylı məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağları keçirilib.
ARANTV.AZ xəbər verir ki, yığıncaqlarda ərazi partiya təşkilatlarında hesabat dövründə görülən işləri geniş müzakirə olunub qarşıda duran vəzifələri müəyyənləşdirilib. Ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qənaətbəxş hesab edilib.
Yığıncaqda təşkilati məsələlərə baxılıb, Ərazi Partiya Təşkilatlarına sədr və sədr müavinləri seçilib.










