Hadisə 

Lənkəranda iki avtomobil toqquşdu: Yaralılar var – FOTO

Lənkəranda avtomobil qəzasında iki nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara yolunun 212-ci kilometrliyində Lənkəran şəhərinin Səpnəkəran kəndi ərazisində qeydə alınıb.

Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Rəvan Ağaddin oğlu Hüseynovun idarə etdiyi 99-LC-994 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə Bürcəli kənd sakini, 1995-ci il təvəllüdlü Zakir Elxan oğlu Nağızadənin idarə etdiyi 42-BO-725 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobil toqquşub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan Bürcəli kənd sakini, 1993-cü il təvəllüdlü Əhmədli Elvin Əhməd oğlu və digər sərnişin, Xanbulan kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Habil Ruslan oğlu təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər