YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirildi
19 fevral 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının Qapanlı, Evoğlu və İsmayılbəyli ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirildi.
ARANTV.AZ xəbər verir ki, hesabat-seçki yığıncaqlarında rayon təşkilatının məsul işçiləri iştirak etdilər. Hər üç ərazi partiya təşkilatlarında təşkilat sərlərinin hesabatları dinlənilmiş, məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının fəaliyyətlərinin qənaətbəxş hesab edilməsini təklif etdilər. Hesabat-seçki yığıncaqlarında təşkilatı məsələyə baxılmış Qapanlı, Evoğlu və İsmayılbəyli ərazi partiya təşkilatlarına yeni sədrlər və müavinlər seçildi. Yığıncaqlarda çıxış edən rayon təşkilatının məsul işçiləri ərazi partiya təşkilatlarının öz işlərini partiyanın yeni Nizamnamə və Proqramının tələbləri səviyyəsində qurulması məqsədi ilə lazımi tövsiyyələrini verdilər.

