Azərbaycan Almaniya üçün Qafqazda ən mühüm ticarət tərəfdaşıdır
“30 il əvvəl bu gün Almaniya və Azərbaycan arasında diplomatik əlaqələr qurularaq, dərin əlaqələrimizə zəmin yaradılıb – Azərbaycan Almaniya üçün Qafqazda ən mühüm ticarət tərəfdaşıdır, Almaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edir”.
ARANTV.AZ xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias Lüttenberq “Twitter”də bildirib.
O, əlavə edib ki, 30 il ərzində Azərbaycan Avropa İttifaqına yaxınlaşıb.

